|
Salyanda bədbəxt hadisə - 29 yaşlı gənc intihar etdi
Salyanda 29 yaşlı gənc intihar edib.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan şəhəri, 20 Yanvar küçəsində yaşayan 1987-ci il təvəllüdlü Quliyev Rafət Ağaqulu oğlu özünü yaşadığı həyətin yardımçı otağında asaraq intihar edib.
 
Faktla bağlı Salyan prokurorluğunda araşdırma aparılır.