|
Xaçmaz sakini bacanağını qәtlә yetirdi

Bu gün Quba rayonunda qətl törədilib.

Cia.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, hadisə rayonun Nügədi Qazmalar kəndində qeydə alınıb. Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlü Nəsirov Emin Məhəmməd oğlu münaqişə zəminində bacanağı, Quba rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Nemət İsmayıl oğlunu bıçaqlayaraq qətlə yetirib.

İlkin məlumata görə, hadisə sərxoş vəziyyətdə olan bacanaqlar arasında mübahisə zəminində baş verib.

Artıq qətli törədən Emin Nəsirov Quba polisi tərəfindən saxlanılıb.

Rayon prokurorluğunda cinayət işi başlanıb.

Araşdırmalar davam edir.

Cia.az