|
Özünü 4-cü mərtəbədən atan qadına görə təqsirləndirilən polislərə HÖKM OXUNDU

Kəpəz rayon Məhkəməsində Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşları - Sakin Nəbiyev və Tural Kazımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 2 il müddətə islah işlərinə məhkum edilib. Eləcə də, onların qazanclarının 20%-i məbləğində pul tutulacaq.

Qeyd edək ki, Sakin Nəbiyev və Tural Kazımov Gəncə şəhəri, Nizami rayon polis şöbəsinin əməkdaşı olublar. Onlar Gəncə şəhərinin Kəpəz rayonunda bir qadının evinə gəliblər. Burada həmin qadınla polislər arasında şəxsi münasibətlər zəminində münaqişə yaranıb və həmin qadın bu zaman özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb. A.S ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Xatırladaq ki, hadisədən bir neçə ay əvvəl Sakin Nəbiyev və Tural Kazımov daxili işlər orqanlarından xaric olunub.