|
Üzünüzdəki qara nöqtələrdən xilas olun - MASKA

İsti havalı günlərdə dəridə bir çox problemlər meydana gəlir. Xüsusən də üzümüzdə T bölgəsində qara nöqtələr artır.

Bu qara nöqtələrdən xilas ola bilərsiniz, həm də kosmetoloqa getmədən - ev şəraitində. Sizə mükəmməl dəri üçün 2 fərqli maska təqdim edirik.

Pomidor maskası

Orta boy bir pomidorun suyunu tənzifdən süzün. Sonra pomidor suyunun içərisinə yarım yemək qaşığı qliserin əlavə edib yaxşıca qarışdırın. Bu qarışımı sprey şüşəsinə doldurun və gün ərzində qara nöqtələrin həddindən artıq olduğu bölgəyə sürtüb ovalayın.

Bal maskası

Yarım yemək qaşığı bal, yarım yemək qaşığı badam yağı və 1,5 çay qaşığı gili bir qabın içərisində yaxşıca qarışdırın. Bu qarışımı üzünüzdə qara nöqtələrin olduğu bölgəyə incə bir təbəqə halında sürtün. 35-40 dəqiqə gözləyin. Daha sonra isə üzünüzü soyuq su ilə yuyun. Ən sonda üzünüzə yağsız nəmləndirici çəkin.

Lent.az