Çinin "Huawei" şirkəti özünün yeni "P 9" smartfonunun reklamında saxtakarlığa yol verib.
Musavat.com lent.az-a istinadən bildirir ki, şirkətin yeni smartfon vasitəsilə çəkildiyini bildirdiyi fotonun əslində "Canon EOS 5D Mark III" professional kamerası ilə çəkildiyi bəlli olub. Bunu istifadəçilər üzə çıxarıb.
Foto şirkətin "Google +" səhifəsində yerləşdirilib. Fotonun altında yazılıb ki, fotoqraf smartfonun "Leica" optikası ilə təchiz olunmuş ikili kamerası ilə zəif işıqlandırılmış yerdə yüksək keyfiyyətə nail olub. Lakin diqqətli istifadəçilər bu yalanı aşkara çıxarıblar, nəticədə şirkət sərt tənqidlərə məruz qalıb. Nəticədə "Huawei" fotonu silmək məcburiyyətində qalıb.
Qeyd edək ki, "Huawei" özünün "P 9" flaqman smartfonlarını apreldə təqdim edib.
