Türkiyəli müğənni Murad Dalkılıçın iyulun 10-da Bakıda keçirilməsi planlaşdırılan konsertinin vaxtı dəyişib.
Bu haqda Axşam.az-a gecənin təşkilatçısı Nahid Emiloğlu xəbər verib.
O, bildirib ki, konsert iyulun 29-da baş tutacaq:
"Bəzi texniki problemlər yarandı. Buna görə də konserti iyulun 29-na keçirdik. Hazırda satılan bütün biletlər həmin gün üçün qüvvədədir".
Qeyd edək ki, konsert "Sapfir" sarayda baş tutacaq. Gecədə Murad Dalkılıçla yanaşı yunan müğənni Otiliada səhnəyə çıxacaq.
Konsertin aparıcılığı Afaq Gəncəliyə həvalə olunacaq.
Konsertə biletlərin qiyməti 200 manatdan 250 manata kimidir. Qiymətə yemək də daxildir.
Ətraflı məlumat üçün (050) 706 40 40 nömrəsi ilə saxlamaq mümkündür.
