Dəri ən çox gecə istirahət edir. Günün stresi, dəriyə dolan kir, yorğunluk ancaq gecə edilən təmizliklə aradan qalxır.
Axşam.az xarici KİV-ə istinadən dərinizə gecə qulluq etmək üçün məsləhətlər təqdim edir:
Yatmazdan əvvəl mütləq dərinizi təmizləyin. Dərinizə uyğun təmizləyicini mütlək kosmetoloqunuzun məsləhəti ilə seçin.
Çimərkən hazır aldığınız pilinqlə üzünüzü təmizləyin. Bu gün ərzində əmələ gələn ölü dəri hüceyrələrini aradan qaldıracaq.
Bir xiyarı doğrayıb üzünüzə düzün.
Dərinizi soyuducuda saxladığınız soyuq gül suyu ilə silin.
Keyfiyyətli toniklə dərinizi silin. Daha sonra isə nəmləndirici krem çəkib, asta masaj edin.
