|
A Seriya klubunda yeni baş məşqçi

"Sampdoriya" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanı yeni mövsümdən Marko Campaolo çalışdıracaq.

O, bu vəzifədə bir müddət öncə "Milan"ın baş məşqçisi təyin olunan Vinçenzo Montellanı əvəzləyib.

Qeyd edək ki, "Sampdoriya" ötən mövsüm İtaliya A Seriyasını 15-ci pillədə başa vurub.  

Cia.az