|
Hava yenə dəyişəcək:

Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Cia.az-a verilən məlumata görə, iyulun 5-dən 9-u gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Yağıntının leysan xarakterli, intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var.

Cia.az