|
Ödəmə terminalını oğurladılar, polisə atəş açdılar, 25 il cəza aldılar

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Yevgey Antonovski, Andrey Povlenko və Fərqamət Qasımovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Rauf Əliyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Y.Antonovski 17 il, A.Povlenko və F.Qasımov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər paytaxtdakı ödəmə terminalı oğurlayıblar. Polis əməkdaşları onlara qarşı əməliyyat tədbirləri həyaya keçirərkən polisə atəş açıblar. Polis əməkdaşlarından biri hadisə zamanı ağır yaralanıb.

Tqəsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29, 120 (qəsdən adam öldürməyə cəhd) 177-ci (oğurluq) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham olunublar.

Cia.az