|
Şəmkirdə naməlum şəxs 32 yaşlı kişini bıçaqlayıb

Bu gecə saat 01:00 radələrində Şəmkir şəhərinin Natəvan küçəsində bıcaqlanma hadisəsi baş verib.

“Kəpəz TV” xəbər verir ki, rayon sakini 32 yaşlı Vüsal Mustafayev naməlum şəxs tərəfindən bıcaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb, vəziyyəti orta ağırdır.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.