|
Hamiləliyə allergiyası olan qadın
İngiltərədə yaşayan Fiona Kerrigan adlı qadının hamiləliyə allergiyası var. O, bu xəstəliyi barədə 3 aylıq hamilə olarkən xəbər tutub. Qadının əvvəlcə qarın nahiyəsində yaranan qırmızı ləkələr daha sonra bədəninin digər yerlərinə də yayılıb. Onu ən çox narahat edən isə bu ləkələrin övladına zərər verməsi və doğuşdan sonra izlərin qalıb-qalmayacağı olub. Həkimi onu qorxutmamaq üçün təhlükəli bir şey olmadığını, hər şeyin qaydasında olduğunu  deyib. Sonradan isə qadın hamiləliyə allergiyasının olduğunu öyrənib. F.Kerrigenin övladı dünyaya gəlib və səhhətində heç bir problem yoxdur.
 
Musavat.com