|
Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 29 nəfər ölüb
Hindistanın şimal bölgəsində başverən daşqınlar və torpaq sürüşməsi nəticəsində 29 nəfər ölüb.
 
APA-nın NDTV-yə istinadən verdiyi xəbərə görə, təbii fəlakət Uttaraxand əyalətində qeydə alınıb.
 
40 nəfər itkin düşmüş hesab edilir. Hazırda itkin düşənlərin tapılması üçün xilasedicilər tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.