|
Azərbaycanda yol qırğını davam edir:

İyulun 2-də Azərbaycanda baş vermiş yol qəzalarında 6 nəfər həyatını itirib. Lent.az-ın məlumatına görə, şənbə günü ölkə yollarında ümumilikdə 11 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə daha 11 nəfər də yaralanıb.

 

Gün ərzində qeydə alınmış qəzalardan ən ağırı İsmayıllıda olub. Rayonun Qurbanəfəndi kəndində yüksək sürətlə hərəkət edən "Mercedes"in aşması 3 nəfərin öldümünə, 1 nəfərin isə ağır yaralanmasına səbəb olub. Bakınnı Yasamal, eləcə də Şəmkir və Beyləqanda baş vermiş qəzalarda isə müvafiq olaraq 1 nəfər həyatını itirib.

 

Hər bir faktla bağlı araşdırmalar aparılır.