|
Üzdəki qırışları yox edən maska

Yaş artıdıqca xanımları narahat edən ən böyük problemlərdən biri də üzdəki qırışlardır.
Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həftədə iki dəfə 5 dəqiqə vaxt sərf edərək hazırlayacağınız bu maska həm üzünüzdəki qırışları yox edəcək, həm də dərinizə parıltı verəcək. 
Lazım olanlar: 
Yumurta ağı - 1 ədəd
Bal - 1 çay qaşığı
Limon suyu - 1 damcı

Hazırlanması:

Yumurta ağını yaxşıca qarışdırın. Digərlərini əlavə edib, üzünüzə sürtün. 10 dəqiqə gözlədikdən sonra yuyun. Bu maskanı həftədə iki dəfə etmək lazımdır.

Cia.az