|
Kenan kənddə, Sinem isə tətildə

Mayda aktrisa Sinem Koballa nikah masasına oturan Kenan İmirzalıoğlu kənd həyatının vurğunu olduğunu deyib. 

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, həyat yoldaşı ilə istirahətdən qayıdan Kenan Ankaraya ailəsinin yanına yollanıb. 

Aktyor həmyerliləri ilə bir araya gəlib, qonşuları və ailəsi ilə vaxt keçirib. İmirzalıoğlu kənddəki uşaqlarla bir-bir fotolar çəkdirib. 

Kobal isə istirahət üçün Göcekdə qalıb.