|
Astaradan Bakıya gələn motosikletçi Salyanda qəzaya uğrayıb

Astaradan Bakıya gələn motosikletçi Salyanda qəzaya uğrayıb.

Astaradan öz düzəltdiyi motosikletlə Bakıya gedən Astara rayonunun Girəkəran kənd sakini 28 yaşlı Ramazanov Elvin Hacıbala oğlu qəzaya uğrayıb.

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, onun idarə etdiyi motosiklet Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Dayıkənd ərazisindən keçən hissəsində VAZ-2107 markalı avtomobillə toqquşub.

Kəllə-beyin travması və üz nahiyəsinin kəsilmiş yarası ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən motosikletçinin səhhəti hazırda qənaətbəxşdir.

Faktla bağlı Dövlət Yol Polisində araşdırmalara başlanılıb.