Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə dünən, iyunun 30-da Qala qəsəbəsində baş verib.
Belə ki, Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Zöhrab Hüseynov idarə etdiyi "MAN" markalı yük avtomobili ilə Qala qəsəbəsinin sakini, 1956-ci il təvəllüdlü Dilşad Cəfərovanı vurub. D.Cəfərova hadisə yerində vəfat edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir. ("Report")
