Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib. İclasda sədr Məleykə Abbaszadə, sədrin müavinləri Namiq Babayev, Bəhram Xəlilov, Şuranın üzvləri Ceyhun Bayramov, Niyazi Hacıyev və Fariz İsmayılzadə iştirak ediblər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, iclas zamanı TQDK-nın və DQMK-nın həyata keçirdiyi işlər barədə hesabatlar dinlənilmiş, fikir mübadiləsi aparılmış və qarşıda duran vəzifələr müzakirə edilib.
İclasda sədr buraxılış imtahanlarında imtahan protokollarına əsasən yazma-oxuma bacarığı olmayan şagirdlər haqqında məlumatı da təqdim edərək göstərib ki, bütün aidiyyəti qurumlar əlindən gələni etməlidirlər ki, müstəqil Azərbaycanda hazırkı dövrdə belə hallara rast gəlinməsin. Onun sözlərinə görə bu hallar barədə 2012-ci ilədək heç vaxt məsələ qaldırılmyıb.
MƏleykə Abbaszadə onların ilk dəfə TQDK tərəfindən buraxılış imtahanları keçirilməyə başladıqda üzə çıxdığını söyləyib.
C.Bayramov isə rəsmi statistikaya əsasən Azərbaycanda savadlılıq 99.8% təşkil edir, yəni əhalinin 0.2% savadsız olduğunu qeyd edib . O, bunun dünya üzrə ən yaxşı göstəricilərdən biri olduğunu söyləyib.
