|
Neft bir qədər ucuzlaşdı

Bu gün səhərdən etibarən dünya birjalarında neftin qiyməti bir qədər ucuzlaşıb.

Virtualaz.org xəbər verir ki, Bakı vaxtı ilə saat 13:15-ə olan məlumata görə, dünya birjalarında Brent markalı neftin avqust fyuçersinin 1 barreli 49,33 dollara satılıb.

Bu göstərici bu gün səhər birjalar açılarkən qeydə alınmış rəqəmdən 0,38 dollar, yaxud 0,76% azdır.