Bakı Apellyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Cavanşir Əsgərovun apellyasiya şikayətinə üzrə məhkəmə baxışı keçirilib.
Məhkəmə təqsirləndirilən şəxsin barəsində çıxarılmış hökmü dəyişərək, onun cəzasını 11 ildən 8 ilə endirib.
Qeyd edək ki, C.Əsgərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.
Cia.az
