|
Del Boske: "İspaniya millisini və futbolu tərk edirəm"

Visente del Boske baş məşqçisi olduğu İspaniya millisindən iyulun 31-i ayrılacaq.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə təcrübəli mütəxəssisin özü məlumat verib:

"Yığma ilə müqaviləm iyulun 31-i başa çatır. Bundan sonra İspaniya millisindən ayrılacam. Bu qərarımı Avropa çempionatındakı nəticəyə görə verməmişəm. İspaniya millisini və futbolu tərk edirəm".

Qeyd edək ki, del Boske 2008-ci ildən İspaniya millisini çalışdırır.

Xatırladaq ki, İspaniya Avro-2016"nın 1/8 finalında İtaliyaya 0:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

Cia.az