|
Salyanda doğulan üçəmlərdən sağ qalanı Bakıda həyatını itirdi

Salyan rayonunda doğulan üçəmlərdən sağ qalanı Bakıda dünyasını dəyişib.

Bu barədə virtualaz.org saytına ailənin yaxın qohumu Nəcəf Nəcəfov məlumat verib.

Xatırladaq ki, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva bir neçə gün əvvəl gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilmişdi. Doğuş normal keçmiş və ana üçəm dünyaya gətirmişdi. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilimiş və şüşə altında (küvez) saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölmüşdü. Sağ qalan körpə isə Səhiyyə Nazirliyinin Bakıdakı Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdirilmişdi.

N.Nəcəfov bildirib ki,hazırda körpənin cəsədini Salyana gətirməklə məşğuldurlar.