Azərbaycan Xarici İşlər Nazirliyi Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayerin Ermənistanda Bako Saakyanla görüşünü şərh edib.
Virtualaz.org-un nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, H. Ştaynmayerin Bako Saakyanla görüşü Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə görüş xarakteri daşıyır.
Azərbaycana səfər müddətində Ştaynmayer Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının nümayəndələri ilə də görüşəcək, həmçinin, məcburi köçkünlər üçün tikilmiş yaşayış məntəqəsi ilə tanış olacaq.
ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayer Bako Saakyanla Ermənistana səfəri çərçivəsində bu gün səhər görüşüb.
Cia.az
