|
“Qafqaz Media” İctimai Birliyinin dəstəyi ilə autizmli uşaqlarla görüş keçirilib

İyunun 29-da “Qafqaz Media” İctimai Birliyinin təşəbbüsü ilə “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyində (İB) uşaqlarla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, İB-nin sədri Çiçək Qəzənfərqızı rəhbərlik etdiyi quruma göstərilən dövlət qayğısından söhbət açıb.

Sonra “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Hüseynova, xeyriyyəçi Güləhməd Qəribov və başqaları ölkəmizdə uşaqlara göstərilən, diqqət və qayğıdan, uşaq yaradıcılıq müəssisələrində rəngarəng tədbirlərin keçirilməsindən geniş söz açılıb.

Çıxış edənlər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə uşaqların hərtərəfli inkişafı naminə görülən işləri xüsusi qeyd ediblər.

Sonda incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış edib və uşaqlara hədiyyələr təqdim olunub.

Cia.az