Prezident İlham Əliyev Gəncə şəhəri ərazisinə yağan leysan yağışlar nəticəsində əhaliyə dəyən ziyanın aradan qaldırılması məqsədilə sərəncam imzalayıb.
cia. az xəbər verir ki, sərəncamda Gəncədə yağan leysan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılmasına qərar verilib.
