"Fənərbaxça" daha bir futbolçusu ilə yollarını ayıra bilər.
Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi komandanın hücumçusu Robin van Persini satmağa razılıq verib.
Bu barədə açıqlama verən klubun prezidenti Əziz Yıldırım hollandiyalı futbolçunun transferi üçün təklif gözlədiklərini bildirib: "Biz van Persi üçün təklif gözləyirik. Əgər istəsə, "Fənərbaxça"dan gedə bilər".
Qeyd edək ki, "Fənərbaxça" daha öncə Luiş Nani ilə yollarını ayırıb. Portuqaliyalı futbolçu yeni mövsümdən "Valensiya"da çıxış edəcək.
