Toyota, dünya miqyasında aralarında hibrid Prius və Lexus CT200H modellərinin də olduğu 1,43 milyon avtomobili hava yastıqlarında qüsur səbəbilə servislərə geri çağırıb.
Cia.az "Marja"-ya istinadən xəbər verir ki, Toyotanın geri çağırma qərarı 2010-2012 dövründə istehsal olunan vasitələri əhatə edir.
Geri çağırılan avtomobillərin 482 mini ABŞ-da satılmışdır.
Cia.az
