|
“Bir azdan bomba partlayacaq...” -

Atatürk hava limanında baş verən terror hadisəsinin təfərrüatları məlum olub.

Terrorçular ölüm sayını artırmaq üçün xüsusi plan qurub. Belə ki,rentgen aparatından keçən bir terrorçu “Bir azdan burada bomba partlayacaq”- deyə qışqırıb. Bunu eşidən sərnişinlər qapıya doğru qaçmağa başlayıb. Qapının ağzında adam çoxalan zaman orada gözləyən terrorçular əvvəlcə silahlardan atəş açıb, daha sonra bombanı partladıb.

Bundan başqa, partlayış Hava Limanının işçi heyətinin çıxış saatında baş verdiyi üçün ölü və yaralıların sayı bu qədər çox olub.

Qeyd edək ki, dünən gecə Atatürk hava limanında baş vermiş iki partlayış nəticəsində 36-dan çox adam həlak olub, 147 nəfər yaralanıb.(Qafqazinfo)

Cia.az