|
Pantomima Teatrında premyera - “Adagio"

Bu günlərdə Dövlət Pantomima Teatrında yeni tamaşanın premyerası olacaq.

Teatrın direktoru, Əməkdar Artist Elman Rəfiyev AZƏRTAC-a bildirib ki, Xalq Artisti Bəxtiyar Xanızadənin müəllif olduğu “Adagio" (poetik düşüncə) tamaşası altı aylıq zəhmətin bəhrəsidir.

Məşqlərinə 2016-cı ilin yanvarından başlanan tamaşada rolları teatrın aktyorları canlandırır. Səhnə əsəri teatrın səhnəsində üç gün oynanılacaq.

Cia.az