|
Son vəziyyət: 36 ölü, 150 yaralı

Hadisə qurbanları durmadan artır

İstanbulun Atatürk aeroportunda törədilən  partlayışlar nəticəsində ölənlərin sayı 36-ya çatıb, 150 nəfər isə yaralanıb.

ANS PRESS-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, yerli yüksək vəzifəli məmur məlumatı yayıb. Bundan əvvəl İstanbul valisi hadisə nəticəsində 28 nəfərin həlak olduğunu, 60 nəfərin yaralandığını bildirib. 

 
 
Terrorun qurbanı
Partlayış qurbanı
Partlayış qurbanı olmuş şəxs
 
 
 
 

2:40 / Terrorçunun son anları

Atatürk hava limanına edilmiş hücumun dəhşətli videosu aşkarlanıb. Polislərə uzun müddət müqavimət göstərən şəxs sonda yaralanıb. 

Təslim olmaq istəməyən silahlı sonda özünü partladıb. 

 

Atatürk hava limanına hücum etmiş şəxsin video görüntüləri aşkarlanıb. ANS PRESS-in məluamatına görə, baş vermiş 3 partlayışdan sonra silahlı şəxs dinc sakinlərə atəş açıb. 

Videoda Rusiya Hava Yollarına məxsus "Aeroflot" ofisinin önündə, silahlının necə hərəkət etdiyi görünür. 

Hadisə yerində onun istifadə etdiyi "Kalaşnikov" avtomatı da aşkar edilib. 

 
Cia.az