Göygöldə bıçaqlanma hadisəsi qeydə alınıb.
APA-nın verdiyi məlumata görə, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Renat Nəbiyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O dərhal əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə R. Nəbiyev Göygöl rayonun Azos adlanan ərazisində bıçaqlanıb.
Faktla bağlı hüquq- mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Cia.az
