|
Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 25-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi səhər mülayimləşəcək. Gündüz arabir güclənən cənub-qərb küləyilə əvəzlənəcək.

Temperatur gecə 3-6, gündüz 8-11 dərəcə isti olacaq.

Dekabrın 25-də rayonlarda da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperatur aran rayonlarında gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlıq rayonlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.