|
Nərimanov rayonunda 4 küçə bağlandı

Nərimanov rayonunda 4 küçə - Arif Heydərov, Vladimir Mayakovski, Əlicabbar Orucəliyev və Çernyavski küçələri təmirə bağlanıb.

Bu barədə virtualaz.org saytına “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib. 

Aparılan təmir işləri zamanı küçələrin köhnə asfalt-beton örtüyü təzələnir və zəruri olan yerlərdə piyada səkiləri bərpa olunur, yeniləri tikilir, yeni səki daşları düzülür, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırlaraq, baxış qapaqları yenilənir.

Bütün işlərin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

Cia.az