Əməkdar artist Murad Dadaşov üçün hədiyyənin böyüyü, kiçiyi olur.
Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinin qonağı olan şoumen antik hədiyyələri xoşlamadığını deyib:
“Antik əşyaların qiyməti dəyərlidir. Amma mən onu sevmirəm. Belə əşyaların yeri muzeylərdir. Elə düşünürəm ki, antik əşya ona sahib olan ilk insanın aurasını öz üzərində saxlayır. Hədiyyənin böyüyü də, kiçiyi də olur. Xanımlar üçün kiçik ölçülü hədiyyələr önəmlidir. Çünki bahalı zinət əşyaları kiçik olur. Hədiyyə verdiyin insanın zövqünü bilməlisən. Xanımlar var ki, gülü sevmirlər. Məsələn, bizim evdə çiçək xoşlamırlar. İndi bağışlamaq üçün dünyada məşhur şirkətlər bahalı hədiyyələr hazırlayırlar. Mənim bir dostumun yoldaşı onun üçün Ayda yer almışdı. İndi hədiyyə kimi ulduz satın alan da var. Bu isə cəfəngiyatdır. Kimdir ulduza gedib ora nəzarətçi qoyan, qıfıl taxan?”.
