Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat xidməti son dəqiqələrə qədər onun, Rusiya prezidenti Vladimir Putinə məktub göndərməsi və üzr istəməsi ilə bağlı yayılan məlumatlara heç bir şərh verməmişdi.
Virtualaz.org-un məlumatına görə, Türkiyə liderinin administrasiyasından bir az əvvəl TASS-a demişdilər ki, onlara “bununla bağlı hələlik heç bir təlimat verilməyib”.
“Biz bu mövzu ilə bağlı heç nəyi hələlik nə təsdiq, nə də təkzib edə bilərik. Bizə bununla bağlı hər hansı göstəriş olsa və ya məktubun mətni təqdim olunsa, rəsmi açıqlama veriləcək”, - deyə mətbuat xidmətindən vurğulamışdılar.
Amma elə bu dəqiqələrdə mətbuat xidməti təsdiq edib ki, bir müddət öncə Ərdoğan Rusiya prezidentinə həqiqətən də məktub göndərib və qırıcı təyyarənin pilotunun həlak olması münasibəti ilə başsağlığı verib.
