|
Gəncə sakini toyda döyülüb

Gəncə şəhər sakini toyda döyülüb.  

 
APA-nın qərb bürosunun verdiyi məlumata görə şəhər sakini, 1985-ci il təvəllüdlü Orxan Məhərrəmov üz nahiyəsinin çapılmış yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına müraciət edib. Ona tibbi yardım göstərilib və evə buraxılıb.   
 
O.Məhərrəmov bildirib ki, o Gəncədə olan şadlıq evlərinin  birində tanımadığı şəxs tərəfindən döyülüb.  Faktla bağlı araşdırma aparılır.