“Medcezir” serialında Sədəf obrazını canlandıran aktrisa Dəfnə Kayalar rejissor Əli Bilginlə ailə qurub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük ötən həftə yaxınlarının iştirakı ilə gizlicə toy edib.
Qeyd edək ki, toy xəbərini yalnız yaxın dostlarıyla paylaşan Ə.Bilgin artıq serialın ötən mövsüm heyətinə qonaq aktrisa kimi dəvət olunan sevgilisi D.Kayaların rolunun artmasını və bu mövsüm əsas xarakterlərin sırasına qatılmasını təmin edib.
