|
Srna yığmadakı karyerasını başa vurdu

Xorvatiya millisinin kapitanı Dario Srna yığmadakı karyerasını başa vurub.

Qol.az-ın "Croatia Week"ə istinadən verdiyi məlumata görə, 34 yaşlı müdafiəçi millidəki son oyununu "Avro-2016"da Portuqaliyaya qarşı keçirib.

Həmin görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan xorvatlar turnirlə vidalaşıb.

Qeyd edək ki, Srna Xorvatiya millisinin heyətində 134 oyun keçirib və 22 qol vurub. 

 

Cia.az