Nizami Kino Mərkəzində Amerika istehsalı olan “Müstəqillik günü: dirçəliş” və “Qonşular. Müharibə şəraitində 2” adlı filmlərin nümayişinə başlanılıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Müstəqillik günü: dirçəliş” filmini Nikolas Raytın ssenarisi əsasında kinorejissor Roland Emmerix fantastika, macəra və döyüş janrında ekranlaşdırıb. Ekran əsərində əsas rollara dünya şöhrətli aktyorlar Coi Kinq, Mayka Monro, Liam Hemsvort, Ceff Qoldblyum, Vivika A.Foks, Bill Pullman, Cessi Aşer, Uilyam Fixtner, Brent Spayner və Şarlotta Qensbur çəkilib.
Komediya janrında çəkilmiş “Qonşular. Müharibə şəraitində 2 ” filminin isə rejissoru Nikolas Stoller, ssenari müəllifi Endryu C. Koendir.
Filmdə əsas rolları aktyorlar Set Roqen, Zak Efron, Rouz Birn, Xloya Qreys Morets, Ayk Barinxolts, Kirsi Klemons, Deyv Franko, Cerrod Karmaykl, Kristofer Mints – Plasse, Bini Feldşteyn və başqa aktyorlar canlandırıb.
İngilis dilində olan filmlər kinosevərlərə Azərbaycan dilində subtitrlər vasitəsilə təqdim olunacaq.
