|
Gözaltı qaralar üçün təbii maska

Gözaltı qaralar ən çox rast gəlinən problemlərdən biridir. 
Bunun müxtəlif səbəbləri ola bilər: kompüterdən istifadə, bəzi dərmanlar və ya kosmetik vasitələr, genetik faktor, stress, yorğunluq, dəmir əskikliyi və s. 
Gözaltı qaralardan ev şəraitində hazırlayacağınız maska ilə qurtula bilərsiniz:
1 kartof
7 ədəd nanə yarpağı 
3 xörək qaşığı su 
Ortadan ikiyə ayrılmış makiyaj təmizləmə pambıqları 

Hazırlanması: 

Kartof və nanə yarpaqlarını blenderdən keçirin və su ilə yaxşıca qarışdırın. Pambığı bu qarışıma batırın və bir saat pambıqları qurudun. Bir qutuya qoyub ağzını möhkəm bağlayın. Gündə 15-20 dəqiqə bu maskadan istifadə etməklə tez bir zamanda gözaltı qaralarınızdan qurtula bilərsiniz. 

Cia.az