|
Buş yeni ili xəstəxanada keçirəcək

Amerika Birləşmiş Ştatlarınının (ABŞ) eks-perzidenti Corc Buşun (ata) səhhəti pisləşib.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın eks prezidentlərindən olan Corc Buş nəfəs çatışmazlığı səbəbilə təcili olaraq, Texas ştatı Hyuston şəhərindəki Metodist xəstəxanasına aparılıb.

İyun ayında 90 yaşını paraşütlə tullanaraq qeyd edən Buş, iki il əvvəl noyabr ayında bronxlarında yaranmış problemlə əlaqədar xəstəxanada müalicə olunmuşdu. Həkimlərin tövsiyəsi ilə bir müddət səhiyyə ocağında qalmışdı.

Qeyd edək ki, Ata Corc Buş ABŞ-ın 41-ci prezidentidir. O, 1989-1993-cu illərdə Amerikaya rəhbərlik edib. Bundan əvvəl isə Ronald Reyqanın administrasiyasında vitse-prezident olub.