Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Əli Abdullayev nazirin birinci müavini təyin edilib.
Əli Abdullayev Azərbaycan Respublikası Prezdenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 2009-cu ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yanında İxtisaslaşdırılmış Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifəsində işləyib.
Bu il fevral ayının 2-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri təyin olunub.
Əslən Cəlilabad rayonundandır. Atası İzzət Abdullayev ötən əsrin 70-ci illərində Cəlilabad Rayon İcraiyyə Komitəsinə rəhbərlik edib. Sonralar Biləsuvar və Cəlilabad rayonlarında suvarma idarələrinin rəisi, Meliorasiya və Su Təsərrüfatı Komitəsində məsul vəzifədə işləyib. Respublikanın əməkdar mühəndisidir.
Cia.az
