Salyan rayonunda quldurluq və oğurluq əməllərində şübhəli bilinən şəxslər tutulub.
Xatırladaq ki, ötən il noyabrın 13-də Salyan rayonunun Qalalı kəndində yaşayan Sevda Soltanovanın evinə oğurluq məqsədi ilə girmiş 3 maskalı şəxs S.Soltanova ilə rastlaşdığından ona və səs-küyə oyanmış evdə olan Elnarə Əhədovaya və Zabil Ağayevə dəmir parçası ilə xəsarət yetirib hadisə yerini tərk ediblər.
Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Camal Namazov, əvvəllər məhkum olunmuşlar - Fərid Rəsulov və Zaur Hüseynov tutulublar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların iyunun 19-da A.Feyzullayevə məxsus mağazadan oğurluğa cəhd göstərmələri, Ş.Əkbərova məxsus kafedən maqnitofon oğurlamaları da müəyyən edilib.
Virtualaz.org bildirir ki, xəbəri Daxili İşlər Nazirliyinin sayt yayıb.
Cia.az
