|
İlham Əliyev öz mətbuat katibinə orden verdi -

Azərbaycan prezidenti İlham Əliyev mətbuat katibi Azər Qasımovun təltif edilməsi haqqında sərancam imzalayıb.

Cia.az dövlət başçısının saytına istinadən bildirir ki, sərəncama əsasən Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azər Məhəmməd oğlu Qasımov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Cia.az