|
UEFA ən yaxşı futbolçunu müəyyənləşdirdi

"Avro-2016”nın E qrupunda keçirilən İtaliya – İrlandiya matçının (0:1) ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, İrlandiya millisinin futbolçusu Robbi Bredi matçın ən yaxşısı seçilib.

Qeyd edək ki, İtaliya ilə görüşün 85-ci dəqiqəsində fərqlənən Bredi komandasını 1/8 finala yüksəldib.

Cia.az