|
Piyada keçidindәn keçmәyәn 55 yaşlı qadını maşın vurdu
Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.  

Musavat.com xәbәr verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Gecə saatlarında piyada keçidi olmayan yerdən yolu keçmək istəyən 55 yaşlı Naşxanım Səftərovanı maşın vurub.  Hadisədən sonra sürücü ərazidən uzaqlaşıb.  Yaralı xəstəxanaya gətirilib. Həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. 
 
Faktla əlaqədar Nərimanov Rayon Polis İdarəsində araşdırmalar aparılır.