6 yaşlı Lotti Britaniya şahzadəsi Harriyə evlənmə təklifi edib. Bu barədə “Hello Magazine” yazıb. Sözügedən hadisə Harri Mançesterdə, idmanın təbliğatı ilə bağlı tədbirlərdə iştirakı zamanı baş verib.
“Mən ərə getmək istəyirəm. Şahzadə olmaq istəyirəm” deyən qızcığaza şahzadənin cavabı isə belə olub: “Sən bunu istəmirsən - yaşlarımız arasında çox fərq var. Sən, sadəcə, həddən artıq çox kitab oxuyursan”.
Şahzadə eyni zamanda yığışan uşaqlarla müxtəlif oyunlar oynayıb və onlara bir çox fəndlər öyrədib. O, oyun zamanı özü kimi sarışın olan, Meysi adlı balaca bir qıza yaxınlaşaraq belə deyib: “Sən çox yaxşı və çox şirinsən. Əylənə bilirsənmi?”
Maraqlıdır ki, bu, Harriyə edilən ilk nümayişkaranə evlənmə təklifi deyil. O, may ayında ABŞ-ın keçmiş prezidenti Corc Buşun 34 yaşlı qızı Barbara Buşdan evlənmə təklifi alıb. Bu təklifi isə ona NBC kanalındakı “Today Show” kanalında veriliş zamanı Barbaranın bacısı Cenna edib.
