|
Əri Ancelina Colinin kökəlməsini tələb edir

Hollivud aktrisası Ancelina Coli uzunmüddətli çəki itirməsindən sonra nisbətən formasına qayıtmağa başlayır. 
tez-tez paparazzilərin hədəfinə tuş gələn Ancelinanın mətbuatda ard-arda fotoları dərc olunur. 
Paparazzilər aktrisanın zahiri görünüşünün gözəlləşdiyini deyirlər. Onların fikrincə, Colinin üzü nisbətən yumrulaşıb və əlləri kökəlib. Cütlüyün pərəstişkarları Bred Pittin həyat yoldaşının qarşısına kökəlmək tələbi qoyduğunu söyləyirlər. Əks halda bu məsələ boşanmağa qədər gedib çıxa bilər.