|
Ermənistan prezidenti Dağlıq Qarabağa gəlib
Ermənistan prezidenti Serj Sarqsyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.
 
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidmət məlumat yayıb.
 
S.Sarqisyanın Dağlıq Qarabağa səfərinin məqsədi və digər təfərrüatları açıqlanmayıb.